Qərb rayonlarını Naxçıvanla birləşdirəcək dəmir yolunda layihə işləri başlayıb – Rəhman Hümmətov

Tokio, 3 yanvar , /AJMEDIA/

Qərb rayonlarını Naxçıvanla birləşdirəcək dəmir yolu xəttində layihə işləri başlayıb.

AJMEDIA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində panel çıxışında deyib.

Onun sözlərinə görə, bu məsələ İranla müzakirə olunur.

“Dəmir yolu üzrə mütəxəssislərimiz iranlı həmkarları ilə birlikdə yolun marşrutu üzərində işləyirlər. Layihə işləri başlayıb”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan tərəfindən təklif olunmuş Zəngəzur dəhlizi layihəsi Azərbaycanın əsas hissəsi ilə eksklavı Naxçıvan arasında Ermənistan ərazisindən keçərək, nəqliyyat əlaqəsinin yaradılmasına yönəlib. Bu layihə 2020-ci ildə 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış Üçtərəfli bəyanatla təsbit olunub.

Bəyanatın müddəalarından birində Ermənistanın Naxçıvanla nəqliyyat əlaqəsinin təhlükəsizliyini təmin etməyə hazır olduğu təsdiqlənir ki, bu da hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və məhsulların maneəsiz daşınmasına imkan verə bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts