İranlı nazir: Rəşt-Astara dəmir yolu üç dövlət üçün böyük əhəmiyyət daşıyır

Tokio, 11 dekabr , /AJMEDIA/

“Rusiya ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt-Astara dəmir yolunun tikintisinin yekunlaşdırılması məsələsi müzakirə olunub”.

AJMEDIA xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma naziri Mehrdad Bazrpaş Rusiya səfərindən qayıtdıqdan sonra jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, Rusiya Fars körfəzi ölkələri ilə ticarət əlaqəsini artıq İran ərazisindən tranzit kimi istifadə etməklə həyata keçirir. Onun sözlərinə görə, bu il Rusiyadan Körfəz ölkələrinə yükdaşımaların həcmində 30 faiz artım müşahidə edilib.

Nazir qeyd edib ki, Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsi də istismara verildikdən sonra həm ikitərəfli ticarət əlaqələri, həm də tranzit yükdaşımalar artacaq: “İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas limanından yüklərin Rusiyaya daşınması 20 gün müddətində həyata keçirilir. Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsindən əvvəl Rusiya ilə körfəz ölkələri arasında yüklər 49 gün ərzində daşınırdı”.

İranlı nazir nəzərə çatdırıb ki, ötən ilin sentyabrında Bakıda Azərbaycan, İran və Rusiyanın müvafiq qurumlarının rəhbərləri görüşərək Rəşt-Astara dəmir yolunun tikilib başa çatdırılması məsələsini müzakirə ediblər. Bu yol hər 3 dövlətin iqtisadi inkişafı üçün böyük əhəmiyyət daşıyır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts