Azərbaycan nefti ucuzlaşıb

Tokio, 2 noyabr , /AJMEDIA/

Noyabrın 1-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,17 dollar ucuzlaşaraq 91,22 dollar olub.

AJMEDIA bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,29 dollar ucuzlaşaraq 88,9 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,17 dollar ucuzlaşaraq 75,39 dollar olub.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin bir barelinin qiyməti noyabrın 1-də 0,06 dollar ucuzlaşaraq 88,62 dollar olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts