Orta Dəhlizin cəlbediciliyinin daha da artması Azərbaycan və Gürcüstanın nəqliyyat qovşaqları kontekstdən əhəmiyyətini yüksəldir

Tokio, 9 oktyabr , /AJMEDIA/

Orta Dəhlizin cəlbediciliyinin daha da artması Azərbaycan və Gürcüstanın beynəlxalq yükdaşımalar və nəqliyyat qovşaqları kontekstdən əhəmiyyətini yüksəldir.

AJMEDIA xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, Gürcüstan Azərbaycanın regional strateji müttəfiqlərindən hesab olunur. İki ölkə arasındakı ticarət dövriyyəsində son illər artım tendensiyası davam etməkdədir. Belə ki, ölkələr arası ticarət dövriyyəsi 2022-ci ildə 771.8 milyon dollar, 2021-ci ildə 761.3 milyon dollar, 2020-ci ildə isə 536.2 milyon dollar olub. Bu o deməkdir ki, son 3 ildə Azərbaycan ilə Gürcüstan arasındakı ticarət dövriyyəsində 44 faiz artım qeydə alınıb. 2023-cü ilin ilk 7 ayında isə ölkələr 520.3 milyon dollar qarşılıqlı ticarət dövriyyəsinə sahib olublar. Bu isə bu ildə də ticarət dövriyyəsindəki artım tendensiyasının qorunub saxlanacağından xəbər verir.

“Tərəflərin qarşılıqlı əməkdaşlığı, eyni zamanda, “yaşıl enerji” sahəsində daha da dərinləşməkdədir. 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması bu imkanları daha da genişləndirib. Azərbaycan və Gürcüstan Avropaya “yaşıl enerji” körpüsü salmağa başlayır. 2027-ci ilədək istehsal olunacaq illik 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin 80 faizi ixrac ediləcək. Bütövlükdə, hər iki ölkənin iqtisadiyyatın çox fərqli sahələrində əməkdaşlığı dərinləşməkdədir. Bu Qafqazda dayanıqlı sülhün əldə edilməsi baxımdan da vacib şərtlərdəndir”, – deyə ekspert qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts