Mərkəzi Bank yenilənmiş 5 qəpiklik metal pul nişanını tədavülə buraxıb

Tokio, 25 sentyabr , /AJMEDIA/

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenilənmiş 5 qəpiklik metal pul nişanları sentyabrın 25-dən etibarən tədavülə buraxılıb.

Mərkəzi Bankdan AJMEDIA-ya bildirilib ki, tədavülə buraxılan yenilənmiş 5 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub.

Yenilənmiş 5 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts