Bakıda İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının iclası keçirilir

Tokio, 17 iyul , /AJMEDIA/

İyulun 17-də Bakıda İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası işə başlayıb.
AJMEDIA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qonaqları salamlayaraq, İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasının keçirilməsi üçün ölkəmizin seçilməsinə görə təşəkkürünü bildirib.
Direktorlar Şurasının iclasının açılış mərasimində Azərbaycanın dövlət nümayəndələri, İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının üzvləri, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Küveyt, Misir də daxil olmaqla, 20 ölkədən 100-ə yaxın nümayəndə heyəti iştirak edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts