“22 İyul – Milli Mətbuat Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib

Tokio, 22 iyul , /AJMEDIA/

Milli Mətbuat Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “22 İyul – Milli Mətbuat Günü” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AJMEDIA-ya bildirilib ki, virtual sərgidə Azərbaycan Milli Mətbuatının inkişafına dair rəsmi sənədlər, görkəmli şəxslərin milli mətbuatımız haqqında fikirləri, fotolar, mətbuat və jurnalistikamızın inkişaf tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/22_iyul/index.html linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, 22 iyul – Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu baxımdan Azərbaycan milli mətbuatı tarixinin ilk səhifələrindən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts