Ərdoğan: Azərbaycanla nəqliyyat infrastrukturunu inkişaf etdirəcəyik

Tokio, 24 may , /AJMEDIA/

Azərbaycanla nəqliyyat infrastrukturunu inkişaf etdirəcəyik.
AJMEDIA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda çıxışı zamanı bildirib.
“Türkiyənin digər vilayətlərində inşa ediləcək sürətli qatar dəmiryol xətləri Bakı-Tbilisi-Qarsa birləşəcək. Yerköy stansiyamızdan Kayseriyə bir əlaqə xətti quracağıq. Bu xətti Ərzincana, Ərzuruma və Qarsa qədər uzadacağıq. Oradan isə Bakı-Tbilisi xəttinə birləşdirəcəyik. “Dəmir İpək Yolu” adlandırılan bu xətlə biz regionumuzda dünya əhəmiyyətli strateji “nəfəs borusu” açacağıq”, – deyə R.T.Ərdoğan qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts