Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə bağlı tədbir təşkil olunub

Tokio, 30 avqust , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavadın 130 illiyi ilə bağlı tədbir təşkil edib.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, tədbirdə böyük şair Əhməd Cavadın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Qeyd edilib ki, Ə.Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır: “Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilib”.
Daha sonra bədii hissədə oxucular tərəfindən şairin müxtəlif şeirləri səsləndirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts