Yunan-Roma güləşi üzrə ölkəmizi təmsil edən millimiz Vətənə qayıdıb

Tokio, 3 avqust , /AJMEDIA/

Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə ölkəmizi təmsil edən millimiz Vətənə qayıdıb.
AJMEDIA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dünya çempionatında 5 medal qazanan millimiz 108 xal toplayaraq komanda hesabında dünya 2-si olub. İran (113) birinci, Gürcüstan (96) isə üçüncü yeri tutub.
Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız medalların əyarına görə, son 4 ilin ən yaxşı nəticəsinə imza atıb.
Qeyd edək ki, DÇ-də Turan Daşdəmirov (45 kq) və Roman Kərimov (60 kq) qızıl, Yusif Əhmədli (65 kq) gümüş, Elnar Ziyadovla (48 kq) Mikayıl İsmayılov (92 kq) isə bürünc medal qazanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts