Azərbaycanın şahmat yığmaları Yunanıstanla heç-heçə edib

Tokio, 10 oktyabr, /AJMEDIA/

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalararası Avropa çempionatında V turun görüşləri keçirilib.

Azərbaycan Şahmat Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, kişilərdən ibarət yığma Yunanıstan komandası ilə qarşılaşıb. Bütün partiyalar heç-heçə başa çatıb və matç 2:2 hesabı ilə nəticələnib. Bu turdan sonra aktivində 7 xalı olan Azərbaycan komandası 5-7-ci yerləri bölüşür.

Qadınlardan ibarət Azərbaycan millisi də Batumidə Yunanıstanla mübarizə aparıb. Görüş bərabərliklə yekunlaşıb 2:2. Hazırda 6 xalı olan qadınlardan ibarət komanda əlavə göstəricilərə görə 8-ci pillədə qərarlaşıb.

Bu gün Avropa çempionatında VI turun partiyaları oynanılacaq. Püşkə əsasən, hər iki komandamız Ermənistan şahmatçıları ilə qarşılaşacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts