Azərbaycan Prezidenti “Qarabağ” futbol klubunu təbrik edib

Tokio, 1 oktyabr, /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında “Qarabağ” futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib.

AJMEDIA paylaşımı təqdim edir: “Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts