Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionu olub

Tokio, 29 iyun , /AJMEDIA/

İspaniyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.
AJMEDIA xəbər verir ki, iki qızıl, iki gümüş və iki bürünc medal qazanan millimiz 144 xal toplayaraq komanda hesabında Avropa çempionu olub. Bu, U-20 yunan-Roma güəşi yığmamızın qitə birinciliklərində topladığı ən yüksək xaldır. Gürcüstan (134) ikinci, Türkiyə (113) isə üçüncü yeri tutub.
Xatırladaq ki, güləşçilərimizdən Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Fəraim Muatafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts