Yaponiyanın Osaka Prefektura Universitetinin professoru BDU-da mühazirə oxuyub

Tokio, 15 mart , /AJMEDIA/

Bakı Dövlət Universitetində (BDU) “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan silsilə mühazirə və elmi seminarlar davam edir.
Bu barədə AJMEDIA-ya BDU-dan məlumat verilib. Bildirilib ki, Yaponiyanın Osaka Prefektura Universitetinin professoru Yong-Gu Şim BDU-da “Yeni işıqla idarə olunan cihazlar üçün işığın təsiri ilə deformasiya materialları” mövzusunda mühazirə oxuyub.
Son zamanlar fotonların enerjisinin mexaniki hərəkətə effektiv çevrilməsini təmin etmək məsələsi optik olaraq idarə olunan təmassız mexaniki ötürücülərin yaradılmasının perspektivləri baxımından böyük maraq doğurur. Bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində Yong-Gu Şimin çalışdığı qrupda işıq şüalanması ilə üçqat tallium birləşmələrinin səthində qabarıq deformasiyanın əmələ gəlməsi hadisəsi kəşf edilib.
Hadisənin ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, işıq şüalanma sahəsində lokal və dönən deformasiyaya səbəb olur. Nəticədə işığın şüalanma sahəsindən asılı olaraq deformasiyaya məkan baxımından nəzarət etmək mümkündür.
Məruzəçi kəsilməz və düzbucaqlı impulslu lazerlərdə istifadə olunan üçqat tallium birləşmələrinin foto-induksiya olunmuş deformasiyası üzrə tədqiqatın nəticələrini təqdim edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts