Yaponiyanın Baş naziri Yeni il müraciətində koronavirusa qarşı tədbirləri gücləndirməyə çağırıb

Tokio, 30 dekabr, /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida Yeni il münasibətilə yapon xalqına ünvanlanan videomüraciətində koronavirusa qarşı tədbirləri gücləndirməyə çağırış edib.

AJMEDIA xəbər verir ki, F.Kişidanın cari ildə son müraciəti dekabrın 29-da axşam saatlarında Baş nazirin dəftərxanasının yutub kanalına yüklənib.

Baş nazir bildirib ki, koronavirusun “omikron” şatmının qlobal səviyyədə yayıldığı indiki dövrdə Yaponiya sərhəd məhdudiyyətlərini sərtləşdirib və ölkə üzrə ən pis ssenariyə hazırlaşır. Qeyd edib ki, koronavirusun bu ştamının qarşısını almaq üçün peyvəndin ikinci və üçüncü dozası arasındakı müddət qısaldılıb, ödənişsiz testlərin götürülməsi üzrə məntəqələrin sayı artırılır və səhiyyə sistemi gücləndirilməklə yanaşı, ağızdan qəbul edilən dərmanlara üstünlük verilir.

Yeni ilin yaxınlaşdığını xatırladan Baş nazir bununla əlaqədar əyləncəli toplantıların sayının artdığını, vətəndaşların tətili keçirmək üçün doğma yerlərə səfərə yollandığını da qeyd edib.

Bütün bunların yoluxma hallarının sayının artmasına səbəb ola biləcəyini qeyd edən F.Kişida vətəndaşlardan ehtiyatlı olmağı, virusa qarşı lazımi qaydalara əməl etməyi, insanların sıx toplaşdığı yerlərdən uzaq olmağı və ünsiyyətdən yayınmağı xahiş edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts