Yaponiya və Fransanın müdafiə və xarici işlər nazirləri “2+2” formatında görüşəcəklər

Tokio, 15 yanvar, /AJMEDIA/

Yaponiya və Fransanın müdafiə və xarici işlər nazirləri yanvarın ortalarında “2+2” formatında onlayn formada görüşəcəklər.

AJMEDIA xəbər verir ki, bu barədə Kyodo agentliyi yanvarın 15-də hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, görüş zamanı nazirlər Şərqi Çin və Cənubi Çin dənizlərində vəziyyəti, həmçinin Şimali Koreyanın raket və nüvə proqramlarını müzakirə edəcəklər. Bundan əlavə, nazirlərin Tokio və Paris arasında müdafiə sahəsində əməkdaşlığı gücləndirmək barədə fikir mübadiləsi aparacağı da qeyd edilir.

Xatırladaq ki, Yaponiya və Fransa nazirlərinin “2+2” formatında son görüşü 2019-cu ilin yanvarında Parisdə keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts