Bakı Avropa Liseyi Tokio məktəbləri ilə əməkdaşlıq edəcək

Tokio, 20 fevral , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, bu barədə razılaşma Avropa liseyinin direktoru Zülfiyyə Veysova ilə Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin icraçı direktoru Vüqar Ağayev arasında keçirilən görüş zamanı əldə edilib.
Yaponiyada fəaliyyət göstərən diaspor təşkilatımızın nümayəndəsi ilə görüşdən məmnunluğunu bildirən liseyin direktoru qonağa rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, müasir standartlar səviyyəsində fəaliyyət göstərən liseyin şagirdləri dünya uşaqlarını birləşdirərək onlar arasında dostluq əlaqələrinin qurulmasına və inkişafına müsbət təsir göstərən müxtəlif layihələrdə fəal şəkildə iştirak edirlər. Liseydə Yaponiya məktəbliləri ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində də müəyyən işlər görülüb.
Verilən ətraflı məlumata görə minnətdarlığını bildirən V.Ağayev liseylə Tokio məktəbləri arasında dostluq əlaqələrinin qurulmasının hər iki tərəf üçün faydalı olacağını bildirib. Qeyd edib ki, iki ölkənin təhsil müəssisələri arasında əməkdaşlıq, birgə layihələrin reallaşması və şagird-müəllim mübadiləsi bu xalqların dostluq əlaqələrinin inkişafına da mühüm təsir göstərər.
Görüşdə diaspor təşkilatı ilə liseyin bu sahədə əməkdaşlığı barədə razılıq əldə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts