Yaponiya polisinin rəisi Şinzo Abenin mühafizəsinin lazımi səviyyədə təşkil olunmadığını etiraf edib

Tokio, 13 iyul , /AJMEDIA/

Yaponiya polisi sui-qəsd nəticəsində öldürülən sabiq Baş nazir Şinzo Abenin mühafizəsini lazımi səviyyədə təşkil edə bilməyib.
AJMEDIA xəbər verir ki, bunu mətbuat konfransında Yaponiya Baş Polis İdarəsinin rəisi İtaru Nakamura etiraf edib.
“Biz polisin öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməməsinə çox ciddi yanaşırıq. Polis İdarəsinin rəhbəri olaraq mən buna çox təəssüf edirəm və ciddi məsuliyyət hissi keçirirəm”, – deyə İ.Nakamura qeyd edib.
Bununla yanaşı, onun istefa vermək niyyətində olması barədə sualı cavablandıran polis rəisi bildirib ki, hazırda onun üçün əsas məsələ istintaqın başa çatdırılması və polisin fəaliyyətində faciəyə səbəb olmuş nöqsanları müəyyən edərək aradan qaldırmaqdır.
İ.Nakamura bu vəzifənin həyata keçirilməsi üçün xüsusi operativ qrupun yaradıldığını da bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts