XİN: Azərbaycan münaqişədən sonra regional əməkdaşlıq, dayanaqlı inkişaf naminə intensiv fəaliyyət nümayiş etdirib

Tokio, 29 dekabr, /AJMEDIA/

Azərbaycan tərəfi 2021-ci il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonra tərəflər arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis olunması üçün nümunə ortaya qoyub.

AJMEDIA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.

Qeyd olunub ki, ölkəmiz Ermənistan-Azərbaycan sərhəd xəttinin delimitasiya və demarkasiya prosesinin başlanması, regional əməkdaşlıq, dayanaqlı inkişaf və tərəqqi naminə intensiv fəaliyyət nümayiş etdirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts