Vətən müharibəsinin salnaməsi: 3 noyabr

Tokio, 3 noyabr , /AJMEDIA/

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.
AJMEDIA 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

Müharibənin 38-ci günü

• Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin xeyli sayda canlı qüvvəsi, dörd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir KUB zenit-raket kompleksi, doqquz müxtəlif tipli topu və iki sursatla dolu yük maşını sıradan çıxarılıb.
• Prezident İlham Əliyevlə Rusiya Prezident Vladimir Putin arasında telefon danışığı olub.

• Cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı, eləcə də Xocavənd istiqamətində gedən döyüşlərə cəlb olunan Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayının xeyli sayda şəxsi heyət və döyüş texnikası məhv edilib.
• Azərbaycanın Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.

• Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığındakı iki sursat anbarının məhv edilməsinin videogörüntüsü.

• Cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma cəhd göstərən düşmən ağır itkilərə məruz qalaraq geri çəkilib.

• Düşmənin snayper qrupu və əlahiddə zirehli tank taborunun komandiri məhv edilib.

• Ermənistanın mülki əhaliyə qarşı istifadə etdiyi qadağan olunmuş fosforlu top mərmiləri ANAMA tərəfindən zərərsizləşdirilib – AZƏRTAC-ın foto və videoreportajı.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən noyabrın 3-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2488 ev, 97 yaşayış binası və 461 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirləri düşmənin ağır artilleriya qurğularından atəşə tutduğu Ağcabədinin Qaraxanlı kəndində çəkilişlər aparıb, kənd sakinləri ilə həmsöhbət olublar.

• Baş Prokurorluq: İşğal olunmuş Azərbaycan torpaqlarında terror təşkilatı yaradan şəxslər barədə cinayət işi başlanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts