Vətən müharibəsinin birinci ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir

Tokio, 27 Sentyabr, /AJMEDIA/

Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliği, onların mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, nazirliyin rəhbərliyi və şəxsi heyət tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət olunur, ulu öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə güllər düzülərək xatirələri ehtiramla yad edilir, dövlət himnimiz ifa olunur.

Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilir.

Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı qələbənin tarixi əhəmiyyəti, qalib Azərbaycan xalqının qələbədə rolu, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələri haqqında ətraflı söhbətlər aparılır, şəhidlərimizin xatirələrinin yaddaşlarda əbədi yaşayacağından danışılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts