Usta cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək

Tokio, 28 fevral, /AJMEDIA/

Fevralın 28-də usta cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Cüdo federasiyasından AJMEDIA-ya bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarışda 120-ə yaxın cüdoçu 60, 66, 73, 81, 90, 100, +100 kiloqram çəki dərəcələrində güclərini sınayacaqlar.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışın əsas məqsədi usta cüdoçuların Azərbaycanın veteranlardan ibarət milli yığma komandasına cəlb olunması ilə yanaşı, gənc nəslə örnək olaraq sağlam həyat tərzinin təbliği və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts