Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş esse müsabiqəsi elan edilib

Tokio, 28 fevral , /AJMEDIA/

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev – BDU-nun dünyaşöhrətli məzunu” adlı esse müsabiqəsi elan edir.
Bu barədə AJMEDIA-ya BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4 formatda, Arial şrifti, 12 ölçüdə və intervalı 1,5) olmalıdır.
Esselər müəllifin tələbə biletinin surəti ilə birlikdə aprelin 27-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.
Müsabiqədə yalnız BDU-nun bakalavr, magistrant və doktorantları iştirak edə bilərlər.
Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.
I yer – 700 manat; II yer – 500 manat; III yer – 300 manat.
Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media və “Bakı Universiteti” qəzetində dərc olunacaq.
Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89, e-mail: [email protected]

Follow us on social

Facebook Twitter Youtube

Related Posts