Ümumdünya Oyunları: Kikboksinqçimiz finala yüksəlib

Tokio, 14 iyul , /AJMEDIA/

Kikboksinq üzrə dünya çempionu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən Ümumdünya Oyunlarında uğurla çıxış edərək finala yüksəlib.
AJMEDIA xəbər verir ki, 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Bəhram yarımfinala döyüşmədən çıxıb. Belə ki, onun monteneqrolu rəqibi Miroslav Vuyoviç rinqə çıxmayıb.
B.Rəcəbzadə yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub edərək finala vəsiqə qazanıb.
O, sabah finalda Xorvatiya kikboksçusu Anto Şiriçlə qarşılaşacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts