UEFA Konfrans Liqasında qrup mərhələsinin VI turunun oyunları keçirilib

Tokio, 10Dekabr, /AJMEDIA/

Dekabrın 9-da futbol üzrə UEFA Konfrans Liqasında qrup mərhələsinin VI turunun oyunları keçirilib.

AJMEDIA xəbər verir ki, 8 qrupda keçirilən 16 qarşılaşma ilə 2021-2022-ci illər mövsümünün qrup mərhələsinə yekun vurulub.

“Qarabağ”ın yer aldığı H qrupunda Kiprin “Omoniya” klubu öz meydanında Qazaxıstanın “Kayrat” komandası ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

İsveçrədə “Bazel”ə 0:3 hesabı ilə uduzan Azərbaycan təmsilçisi “Qarabağ” da pley-offda mübarizəni davam etdirəcək.

“Vitess” Niderlandda Sloveniya “Mura”sını darmadağın edib – 3:0. G qrupundakı “Tottenhem” (İngiltərə) – “Renn” (Fransa) görüşü London təmsilçisində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb. Pley-offa vəsiqənin sahibi həmin matçın taleyindən sonra bəlli olacaq.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

LASK (Avstriya) – HİK (Finlandiya) – 3:0;

“Alaşkert” (Ermənistan) – “Makkabi” (Təl-Əviv, İsrail) – 1:1.

Qrupdakı vəziyyət: LASK – 16, “Makkabi” – 11, HİK – 6, “Alaşkert” – 1.

B qrupu

“Gent” (Belçika) – “Flora” (Estoniya) – 1:0;

“Partizan” (Serbiya) – “Anortosis” (Kipr) – 1:1.

Qrupdakı vəziyyət: “Gent” – 13, “Partizan” – 8, “Anortosis” – 6. “Flora” – 5,

C qrupu

“MOİK-Sofiya” (Bolqarıstan) – “Roma” (İtaliya) – 2:3;

“Zarya” (Luqansk, Ukrayna) – “Budyo Qlimt” (Norveç) – 1:1.

Qrupdakı vəziyyət: “Roma” – 13, “Budyo Qlimt” – 12, “Zarya” – 7, “MOİK-Sofiya” – 1.

D qrupu

ÇFR (Kluj, Rumıniya) – “Yablonets” (Çexiya) – 2:0;

AZ (Niderland) – “Randers” (Danimarka) – 1:0

Qrupdakı vəziyyət: AZ – 14, “Randers” – 7, “Yablonets” – 6, ÇFR – 4.

E qrupu

“Union Berlin” (Almaniya) – “Slaviya” (Praqa, Çexiya) – 1:1;

“Feyenoord” (Niderland) – “Makkabi” (Hayfa, İsrail) – 2:1.

Qrupdakı vəziyyət: “Feyenoord” – 14, “Slaviya” – 8, “Union Berlin” – 7, “Makkabi” – 4.

F qrupu

“Kopenhagen” (Danimarka) – “Slovan” (Bratislava, Slovakiya) – 2:0;

PAOK (Yunanıstan) – “Linkoln” (Cəbəllütariq) – 2:0.

Qrupdakı vəziyyət: “Kopenhagen” – 15, PAOK – 11, “Slovan” – 8, “Linkoln” – 0.

G qrupu

“Vitess” (Niderland) – “Mura” (Sloveniya) – 3:1;

“Tottenhem” (İngiltərə) – “Renn” (Fransa) – təxirə salınıb.

Qrupdakı vəziyyət: “Renn” – 11 (5 oyuna), “Vitess” – 10 (6 oyuna) “Tottenhem” – 7 (5 oyuna), “Mura” – 3 (6 oyuna)

H qrupu

“Omoniya” (Kipr) – “Kayrat” (Qazaxıstan) – 0:0;

“Bazel” (İsveçrə) – “Qarabağ” (AZƏRBAYCAN) – 3:0.

Qrupdakı vəziyyət: “Bazel” – 14, “Qarabağ” – 11, “Omoniya” – 4, “Kayrat” – 2.

Beləliklə, LASK (Avstriya), “Gent” (Belçika), “Roma” (İtaliya), AZ, “Feyenoord” (hər ikisi Niderland), “Kopenhagen” (Danimarka), “Renn” (Fransa) və “Bazel” (İsveçrə) 1/8 finala, “Makkabi” (Təl-Əviv, İsrail), “Partizan” (Serbiya), “Budyo Qlimt” (Norveç), “Randers” (Danimarka), “Slaviya” (Praqa, Çexiya), PAOK (Yunanıstan) və “Qarabağ” pley-offa vəsiqə əldə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts