Türkiyəli məşqçi “Qəbələ”də

Tokio, 31 yanvar , /AJMEDIA/

“Qəbələ”nin əsas komandasında daha bir təyinat gerçəkləşib.

Klubdan AJMEDIA-ya verilən məlumata görə, Çağlar Volqa “qırmızı-qaralar”ın məşqçisi təyin olunub. Türkiyəli çalışdırıcı Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.

46 yaşlı mütəxəssisin son klubu “Samsunspor” olub. O, Türkiyə təmsilçisində fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib.

Ç. Volqa karyerası ərzində “Marmaris Bələdiyyəsi”, “Göztepe”, “Altınordu”, “Altay”, “Erzincanspor”, “Konyaspor” klublarında köməkçi məşqçi kimi çalışıb.

Mütəxəssis “Osmanlıspor”da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, “Erzurumspor” və “Samsunspor”da fiziki hazırlıq üzrə çalışdırıcı kimi işləyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts