Türkiyədə “Azərbaycanın Qarabağ bölgəsi” kitabı nəşr olunub

Tokio, 30 Oktyabr, /AJMEDIA/

Türkiyədə “Azərbaycanın Qarabağ bölgəsi” kitabı nəşr olunub.

AJMEDIA xəbər verir ki, İstanbulda çap edilən 320 səhifəlik kitab Türkiyənin Mərmərə Universitetinin Türkiyyat Araşdırmalar İnstitutunun üzvü Mehdi Gəncəli tərəfindən Türkiyə türkcəsində hazırlanıb. “Ötüken” nəşriyyatı tərəfindən dərc olunan və qardaş ölkədə tarixi araşdırmalar kateqoriyasına daxil edilən nəşrdə Qarabağın tarixi, hüquqi, mədəni, eləcə də ədəbi irsindən bəhs edilir.

Kitabda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) əməkdaşı tarix üzrə fəlsəfə doktoru Cavid Mövsümlü tərəfindən Qarabağın tarixi, bölgədə yaşayan cəmiyyətlər, xalqlar və dövlətlər haqqında məlumat verilib. Azərbaycan türklərinin Qarabağ torpağında qurduqları dövlətlər və Qarabağın iqtisadi-siyasi xüsusiyyətləri haqqında bəhs edilir.

Nəşrin Ankara Universitetinin üzvü, dosent Cavid Abdullazadə tərəfindən yazılan bölümündə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə qarşı ərazi iddiası və torpaqlarımızın işğalının hüquqi baxımdan dəyərləndirilməsi təhlil edilib.

Mehdi Gəncəli tərəfindən qələmə alınan və Qarabağın tarixi, əzəli və bəşəri mədəniyyətini özündə əks etdirən bölümdə bölgənin arxeoloji və memarlıq abidələri, musiqisi, toxuculuq sənəti, tanınmış şəxsiyyətləri kimi bir çox amillərdən bəhs edilir, burada tarix boyu Azərbaycan mədəniyyətinin mövcud olduğu göz önündə canlandırılır.

Nəşrin filoloq, tərcüməçi Azad Ağaoğlu tərəfindən yazılan son bölümündə isə Qarabağa aid bir çox şifahi və yazılı ədəbi irs haqqında məlumat verilir. Qarabağdakı ədəbi məclislərdən, xüsusilə şeir sənəti və Qarabağ şairləri haqqında məlumat verilir. Bölümdə bölgəyə aid atalar sözləri, nağıllar, rəvayətlər, Qarabağın folklor xüsusiyyətləri kimi ədəbi irs nümunələri yer alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts