Türkiyə “Avro-2028” və “Avro-2032”yə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb

Tokio, 6 aprel , /AJMEDIA/

Türkiyə “Avro-2028” və “Avro-2032”yə ev sahibliyi etmək üçün namizədliyini rəsmi şəkildə irəli sürüb.
AJMEDIA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu sənəd imzalayıb. Nazir namizədlik sənədini Türkiyə Futbol Federasiyasına göndərib. Bu sənəd aprelin 12-də UEFA-ya təqdim olunacaq.
Namizədlik sənədində Türkiyənin ev sahibi olacağı təqdirdə oyunların keçiriləcəyi stadionlar, qonqların yerləşdirilməsi üçün məkanlar, nəqliyyat və şəhər infrastrukturları başda olmaqla bir çox detallar haqqında məlumatlar var. UEFA “Avro-2028” və “Avro-2032”yə ev sahibliyi edəcək ölkələri bu ilin oktyabrında açıqlayacaq.
Qeyd edək ki, növbəti Avropa çempionatı – “Avro-2024” Almaniyada keçiriləcək. Türkiyə ev sahibliyi üçün namizədliyini irəli sürsə də, 2019-cu ildəki səsvermədə məğlub olmuşdu.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts