Türkiyəli idmançı: Bizim ürəyimiz Azərbaycanla, Azərbaycanın ürəyi də bizimlə döyünür

Tokio, 18 avqust , /AJMEDIA/

Yarış çox gözəl keçir. Burdakı həmkarlarımdan çox şey öyrənirəm. Texniki məsələlər, prosedur qaydalarıyla bağlı biliklərimi yeniləyirəm. Həm də, özümə əminlik yaranır.
AJMEDIA xəbər verir ki, bu sözləri Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının qarışıq komanda yarışında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada qızıl medal qazanan Hindistan yığmasının kişi idmançısı Şiva Narval deyib.
O, birinci yeri tutmağın o qədər də çətin olmadığını bildirib: “Təbii ki, bunun davamı olacaq. İstəyirəm ki, Olimpiya Oyunlarında dabu nəticəni təkrarlayım”.
Narval mundiala ev sahibliyi edən paytaxtımız barədə xoş sözlər söyləyib: “Bakı çox gözəl şəhərdir. İnsanları da istiqanlı, mehriban və qonaqpərvərdilər. Burada olmaqdan məmnunam”.
Türkiyə millisinin təcrübəli üzvü Yusuf Dikeç isə finalda məğlub olmalarının səbəbini açıqlayıb. Eyni zamanda, güclü azarkeş dəstəyinin onlara güc verdiyini vurğulayıb: “Finala birinci olmaq üçün çıxmışdıq. Ötən gün mənim üçün heç də yaxşı keçməmişdi. Məyus olmuşdum. Bu gün yaxşı oldu, amma birinci ola bilmədik. Qismət, olmayanda olmur. Azarkeş dəstəyini hiss etdik. Türkiyə milli komandasının heyətində 20 nəfərik. Yarış zamanı tribunadan gələn alqış səslərini eşidəndə, özümüzü arxamızda sanki ordu varmış kimi hiss edirik. Bizim ürəyimiz Azərbaycanla, Azərbaycanın ürəyi də bizimlə döyünür. Bunu yarış zamanı hiss edirik”.
O, 23 yaşlı komanda yoldaşı Sevval İlayda Tarhanın atış zamanı dəqiqlik nümayiş etdirə bilməməsi barədə də danışıb: “İlayda hələ gəncdir. Zaman keçdikcə təcrübə toplayacaq. Yavaş-yavaş inkişaf edir. Zamanla uğurlar qazanacaq və onunla yaxşı komanda yoldaşı olacağıq”.
Təcrübəli atıcı Azərbaycanın dünya çempionatını yüksək səviyyədə keçirdiyini və bu cür təşkilatçılığı dünyada az sayda ölkənin bacardığını vurğulayıb: “Azərbaycan bizim üçün uğurlu yerdir. Qardaş ölkəyə nə zaman gəlsək, medalla qayıdırıq. Heç vaxt əliboş dönməmişik. Turnir də çox gözəl təşkil olunub. Poliqon, məşq meydançaları, otel sarıdan heç bir problem yoxdur. Hər şey yüksək səviyyədədir. Bunu dünyada bacara biləcək bir neçə ölkə var ki, Azərbaycan onlardan biridir. Ölkəniz bunun üstünlüyünü yaşayır. Çünki bütün idman növləri üzrə önəmli turnirlər bura həvalə edilir. Əminəm ki, bu tendensiya növbəti illərdə də davam edəcək. Belə turnirlərin Azərbaycanda keçirilməsi ölkənin dünyada tanınması ilə yanaşı, gənclər üçün də önəmlidir. Onlar üçün motivasiyadır. Azərbaycanı çox sevirik. Turnirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edirik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts