Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə konteyner aşırmalarında artım qeydə alınıb

Tokio, 9 aprel , /AJMEDIA/

Qazaxıstanın Aktau dəniz ticarət limanının yük dövriyyəsi 2024-cü ilin birinci rübündə 1,1 milyon tondan çox olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artıqdır.

AJMEDIA limanın daxil olduğu “Qazaxıstan Dəmir Yolu” ASC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, göstərilən müddət ərzində limanda 24 min ton taxıl, 920 min tondan çox neft və neft məhsullarının yüklənməsi təmin edilib. Konteynerlərin daşınması 7,4 min TEU (33 faizlik artım), o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə 6,4 min TEU-dan çox olub. Bu rəqəm ötən illə müqayisədə 85 faiz artıb.

Qeyd edək ki, Aktau dəniz limanı Xəzər dənizinin şərq sahilində, Qazaxıstan, İran, Azərbaycan, Rusiya və Türkiyəni birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. O, “Qazaxıstan Dəmir Yolu” ASC şirkətlər qrupunun bir hissəsidir. Liman quru yüklərin, xam neftin və neft məhsullarının daşınmasını təmin edir. Onun illik gücü 7,5 milyon ton olan üç neft yanalma körpüsü, ümumi, qablaşdırılmış və iri ölçülü yüklərin daşınması üçün üç universal quru yük lövbər dayanacağı, taxıl daşınması üçün yanalma körpüsü və bərə estakadası var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts