“Trabzonspor” – “Fənərbağça” oyunu ilə bağlı cəzalar açıqlanıb

Tokio, 3 aprel , /AJMEDIA/

Türkiyə Superliqasının XXX turunun “Trabzonspor” – “Fənərbağça” oyununda yaşanan qalmaqalla bağlı yekun qərar verilib.

AJMEDIA Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsi hər iki klubu cəzalandırıb.

Qərara əsasən, meydan sahibləri növbəti 6 ev oyununu azarkeşsiz keçirəcək. Həmçinin, “bordo-mavililər”in məşqçisi Egemen Korkmaz bir qarşılaşmada texniki zonada yer almayacaq.

“Fənərbağça”da isə Ceyden Ostervolde və İrfan Can Eğribayat bir oyun cəza alıb.

Qeyd edək ki, “Fənərbağça”nın 3:2 hesabı ilə qalib gəldiyi matçdan sonra meydana daxil olan azarkeşlər İstanbul klubunun üzvlərinə hücum çəkmişdi. Nəticədə meydanda kütləvi dava baş vermişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts