Toivo Klaar: Azərbaycanın 5 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayırıq

Tokio, 9 sentyabr , /AJMEDIA/

Avropa İttifaqı (Aİ) Azərbaycan tərəfinin 5 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayır.
AJMEDIA xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter səhifəsində bildirib.
“Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən beş erməni hərbçinin azad edilməsi ilə bağlı xəbəri alqışlayırıq. Bu, əhəmiyyətli humanitar addımdır və eyni zamanda, bunun təhvil-təslim prosesi olmadan baş tutması isə diqqətəlayiqdir”, – deyə Klaar qeyd edib

Follow us on social

Facebook Twitter Youtube

Related Posts