“Teknofest Azərbaycan” festivalı təşkil olunacaq

Tokio, 31 yanvar, /AJMEDIA/

Mayın 26-29-da Azərbaycanda Türkiyənin ən böyük texnologiya festivalı olan “Teknofest” əsasında “Teknofest Azərbaycan” festivalı təşkil olunacaq.

AJMEDIA xəbər verir ki, Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə gənclər arasında müsabiqələrin keçirilməsi planlaşdırılıb.

“Teknofest Azərbaycan” tədbiri çərçivəsində keçirilən “Baku Skills” kateqoriyası üzrə müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İnstitutunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi tərəfindən təşkil olunur.

“Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir.

Sözügedən yarışmada 3D modelləşdirmə və çap sahəsində marağı və biliyi olan bütün tələbələr iştirak edə bilərlər. “Baku Skills” (3D modelləşmə, 3D çap) kateqoriyası üzrə yarışmada iştirak hüququ qazanmış komandalar üçün lazımi avadanlıq və ləvazimat təchizatı Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.

Müsabiqə ilə bağlı hər hansı sual olarsa, institutun Təhsildə innovasiyalar şöbəsinin elektron poçt ünvanı ([email protected]) vasitəsilə öyrənmək mümkündür.

Qeyd edək ki, 1, 2 və 3-cü yerlərin sahibi olacaq komandalar və onların rəhbərləri üçün pul mükafatları nəzərdə tutulub.

Yarışma haqqında tələbələri ətraflı məlumatlandırmaq üçün yaxın günlərdə infosessiyaların keçirilməsi nəzərdə tutulur. İnfosessiyalarla bağlı ətraflı məlumat almaq üçün @steam.edu.az səhifəsini izləyin.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts