“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov növbəti turda Sergey Karyakin ilə qarşılaşacaq

Tokio, 28 yanvar, /AJMEDIA/

Yanvarın 28-də Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin 11-ci turunun oyunları keçiriləcək.

AJMEDIA xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda rusiyalı şahmatçı Sergey Karyakin ilə mübarizə aparacaq.

Qeyd edək ki, doqquz turdan sonra Ş.Məmmədyarov 6 xalla 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 7 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts