Taekvondoçularımız III Avropa Oyunlarını iki medalla başa vurublar

Tokio, 26 iyun , /AJMEDIA/

Azərbaycan taekvondoçusu Taleh Süleymanov (87 kq) Polşada keçirilən III Avropa Oyunlarını medalsız başa vurub.
AJMEDIA xəbər verir ki, T.Süleymanovun səkkizdəbir finalda uduzduğu almaniyalı rəqibi Aleksander Baxmanın növbəti mərhələdə məğlub olması idmançımızın medalsız qalmasına səbəb olub.
Beləliklə, Azərbaycan taekvondoçuları yarışı iki medalla başa vurublar. Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc medal qazanıblar.
Xatırladaq ki, iyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. Atletlər idmanın 29 növü üzrə 253 dəst medal uğrunda yarışırlar. Azərbaycan “Krakov-2023”də idmanın 13 növü üzrə 86 idmançı ilə təmsil olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts