Taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert olub

Tokio, 28 may , /AJMEDIA/

Mayın 27-də Heydər Əliyev Mərkəzinin parkında taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert keçirilib.
AJMEDIA xəbər verir ki, konsertin əsas ulduzları Xalq artistləri Aygün Kazımova və Miri Yusif ifaları ilə dinləyicilərə əyləncə dolu anlar yaşadıblar.
Proqramın növbəti hissəsində İlkin Fuadoğlu və Dj Nicolas mahnıları ilə gecəni unudulmaz ediblər.
Xatırladaq ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir. Yubiley tədbiri Bakı şəhərində qeyd olunacaq. İki minədək qonağın gəlməsi gözlənilən yarışa 145 ölkədən ümumilikdə minədək idmançı qeydiyyatdan keçib.
Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması nəzərdə tutulub.
Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 6-dək təşkil olunacaq. On altı çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Turnirin qalibi olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts