Təhsildə Keyfiyyət Təminatı Agentliyi beynəlxalq təşkilata üzv olub

Tokio, 15 Oktyabr, /AJMEDIA/

Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) Baş Assambleyasının onlayn formatda keçirilən iclasında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) təşkilata tamhüquqlu üzv seçilib.

TKTA-dan AJMEDIA-ya bildirilib ki, sözügedən əməkdaşlıq Azərbaycan təhsil sisteminin Avropa ali təhsil bölgəsinə inteqrasiyasına, qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə, ali təhsildə Avropa standartları və təlimatlarına əsaslanan daxili və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə töhfə verəcək. Eyni zamanda, təşkilata üzvlük nəticəsində TKTA üzv qurumlarla təcrübə mübadiləsi aparmaq və illik seminarlarda, ümumi yığıncaqlarda və Avropa layihələrində iştirak edə biləcək.

Qeyd edək ki, CEENQA üzv təşkilatlar arasında fəaliyyətlərinin inkişafı və uyğunlaşdırılması, Mərkəzi və Şərqi Avropada ali təhsilin keyfiyyətinin təmin edilməsi və yaxşılaşdırılması sahəsində əməkdaşlığı təşviq etmək məqsədilə qurulmuş qeyri-hökumət və kommersiya təşkilatıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts