“Şuşa İli”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

Tokio, 14 aprel , /AJMEDIA/

Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında aprelin 23-də onlayn formatda “Şuşa İli”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək.

Təhsil İnstitutundan AJMEDIA-ya bildirilib ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi və qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Olimpiadanın təşkilatçıları Təhsil İnstitutu, Bakı Dövlət Universiteti, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsidir.

Qeyd edək ki, olimpiada Təhsil Nazirliyinin “İnkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində həyata keçiriləcək. Qaliblərə sertifikat və hədiyyələr veriləcək.

Olimpiadada iştirak etmək istəyənlər aprelin 23-dək https://www.oxuyan.az/exams/ii-mekteblilerarasi-astronomiya-olimpiadasi-vhjy4r linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts