Super Liqa: “Fənərbağça” mövsümə qələbə ilə başlayıb

Tokio, 14 avqust , /AJMEDIA/

Türkiyə Super Liqasının ilk turunda “Fənərbağça” “Qaziantep”i qəbul edib.
AJMEDIA xəbər verir ki, kadıköylülər bosniyalı hücumçu Edin Cekonun 3 və 18-ci dəqiqələrdə vurduğu qollar sayəsində qələbə qazanıblar.
Qarşılaşmanın 23-cü dəqiqəsində qonaqların rumıniyalı yarımmüdafiəçisi Aleksandru Maksim qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Birinci hissənin əlavə edilmiş dəqiqələrində “qırmızı-qaralar” hesabdakı fərqi minimuma endirsələr də, bundan artığına gücləri çatmayıb.
Matç “Fənərbağça”nın 2:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, növbəti turda “Fənərbağça” “Yılport Samsunspor”la qarşılaşacaq, “Qaziantep” isə “Sivasspor”u qəbul edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts