Sülhməramlıların daha 6 avtomobilinin Xankəndidən Laçına maneəsiz gedişi təmin olunub

Tokio, 3 yanvar , /AJMEDIA/

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.
AJMEDIA xəbər verir ki, yanvarın 3-də Rusiya sülhməramlılarına məxsus daha beş təminat və bir minik avtomobilinin Xankəndidən Laçın istiqamətinə doğru istiqamətinə maneəsiz keçməsinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları, təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin dezinformasiyasından başqa bir şey deyil.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts