Stend atıcılarımız III Avropa Oyunlarına uğurla start veriblər

Tokio, 24 iyun , /AJMEDIA/

Atıcılıq üzrə qadınlardan ibarət Azərbaycan yığması Polşada keçirilən III Avropa Oyunlarının təsnifat mərhələsində çıxış edib.
AJMEDIA xəbər verir ki, stend atıcılığının skit növündə Regina Meftahəddinova 75 hədəfdən 70-ni dəqiq nişan alıb. Nurlana Cəfərova isə 75-dən 67 hədəfi dəqiq vurmağı bacarıb.
İyunun 25-də təsnifatın ikinci günündə daha iki dövrədə mübarizə davam edəcək. İlk səkkiz pillədə qərarlaşacaq idmançılar finala vəsiqə qazanacaqlar.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan “Krakov-2023″də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts