Şose velosipedi üzrə Azərbaycan kuboku yarışlarında dördüncü mərhələyə yekun vurulub

Tokio, 18 aprel , /AJMEDIA/

Şose velosipedi üzrə Azərbaycan kuboku yarışlarında dördüncü mərhələyə yekun vurulub.
AJMEDIA xəbər verir ki, İsmayıllı rayonunda keçirilən yarışın qalibi iki günün nəticəsinə əsasən müəyyənləşib.
Reqlamentə görə, 3 kateqoriyada keçirilən yarışda 17 yaşadək oğlanlar və qızlar, həmçinin gənclər və U-23/elit yaş kateqoriyası üzrə velosipedçilər mübarizə aparıblar.
Dördüncü mərhələnin birinci günündə yeniyetmə oğlanlar və qızlar 3, gənclər, elit və U-23 yaş kateqoriyası üzrə idmançılar isə 6 kilometr məsafəyə dağa fərdi ötüşmədə mübarizə aparıblar. Növbəti gün isə qrup ötüşməsində yeniyetmə oğlanlar və qızlar 60, digər yaş kateqoriyası üzrə idmançılar isə 90 kilometr məsafədə ən güclünü müəyyənləşdiriblər.
İki yarış gününün nəticəsinə əsasən, qızlar arasında Radha Şabanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lalə Abdurahmanova ikinci, İradə Abdurahmanova isə üçüncü olublar. On yeddi yaşadək oğlanlar arasında Ravi Rzayev bütün rəqiblərini geridə qoyub. Burhan Abdullayev və Baratəli Səlimzadə isə 2-3-cü yerləri bölüşüblər.
Gənclər, U-23 və elit yaş kateqoriyasında çıxış edən velosipedçilərin mübarizəsində Musa Mikayılzadə hamıdan güclü olub. Şahin Eyvazov və Kamran Mirzəxanov isə müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.
Qaliblərə mükafatları Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov və federasiyanın idman direktoru Oleq Berezovski təqdim ediblər.
Qeyd edək ki, yarışa ilk dəfə olaraq Azərbaycan Velosiped Federasiyasının İsmayıllı filialından və Zaqatala rayonundan velosipedçilər də qatılıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts