SOCAR Ukraynada sosial və mədəni layihələrə 6 milyon dollardan çox sərmayə qoyub

Tokio, 7 mart , /AJMEDIA/

“SOCAR Energy Ukraine” şirkəti Ukraynada həyata keçirilən sosial və mədəni layihələrə sərmayə qoyuluşunu davam etdirir.

Şirkətdən AJMEDIA-ya verilən məlumata görə, SOCAR Ukraynada sosial və mədəni layihələrin inkişafına 6 milyon dollardan çox sərmayə qoyub və cəmiyyətə müsbət dəyişikliklər gətirməkdə, işlədiyi icmalara qayğı göstərməkdə davam edir.

“SOCAR Energy Ukraine” bu il də yeni sosial layihələri maliyyələşdirməyi planlaşdırır.

Qeyd edək ki, SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” yanacaq bazarında 200 şirkət arasında ən çox vergi ödəyicisi kimi ilk 10-luqda yer alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts