Şarl Mişel: Sərhəd Komissiyasının ilk iclası Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə görüşdən sonra nəzərəçarpan irəliləyişdir

Tokio, 25 may , /AJMEDIA/

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşü ilə bağlı rəsmi tviter hesabında paylaşım edib.
AJMEDIA xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Ermənistan-Azərbaycan sərhədində dövlətlərarası sərhədin delimitasiyası və vəziyyətin təhlükəsizliyinin ən yaxşı şəkildə təmin edilməsi ilə bağlı müzakirələrin aparılması üçün təşkil edilən Sərhəd Komissiyasının ilk iclasını səmimiyyətlə qarşılayıram. Sərhəd Komissiyasının ilk iclası Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə görüşdən sonra nəzərəçarpan irəliləyişdir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts