Şamaxı Astrofizika Rəsədxanasının gənc alimlərinin fəaliyyət planı müzakirə edilib

Tokio, 10 yanvar, /AJMEDIA/

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.

AJMEDIA xəbər verir ki, Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, iclasda Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova gündəlikdə olan məsələlər barədə məlumat verib. O, eyni zamanda, Gənc Alim və Mütəxəssislər Şurasının 2022-ci ilin ilk rübü üçün fəaliyyət planını təqdim edib.

Cari ilin ilk rübündə keçirilməsi planlaşdırılan fəaliyyətlərlə bağlı detallar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra çıxış edən şura üzvlərinin fikirləri dinlənilib, elmin inkişafı ilə bağlı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts