Şahin Diniyev: Qurban Qurbanovdan soruşdum ki, məni də istefaya göndərəcəksiniz?

Tokio, 3 fevral , /AJMEDIA/

Sonuncu dəfə Azərbaycan çempionatının bir oyununda bu qədər penaltinin verilməsi yadımda deyil.

AJMEDIA xəbər verir ki, bu sözləri “Səbail” klubunun baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XXI turunda doğma meydanda “Qarabağ”a 1:2 hesabı ilə məğlub olduqları oyunu şərh edərkən deyib.

O, matçın gərgin alındığını bildirib: “Komandam layiqli çıxış etdi. Futbolçularım meydanın hər qarışı uğrunda “Qarabağ” kimi kollektivə qarşı yaxşı mübarizə apardılar. Məğlub olmağımız utancverici deyil. Hətta bu gün Qurban Qurbanovdan soruşdum ki, məni də istefaya göndərəcəksiniz? Bərabərlik daha ədalətli nəticə olardı. Yeni qoşulan oyunçulara vaxt lazımdır. Oyun planımızda da inkişaf var. Düşünürəm ki, qarşıda daha yaxşı “Səbail” görəcəksiniz”.

Təcrübəli mütəxəssis zədəli futbolçuların tam olaraq komandaya qoşulmasından sonra işlərinin yaxşı olacağını söyləyib: “Bu gün Cabir Əmirli zədəli olsa da, meydana çıxıb mübarizə apardı. Əzmkarlığa görə ona təşəkkür edirəm. “Turan Tovuz”la XII turdakı matçdan sonra komandada qopma baş verdi. Bu da zədəli oyunçularla bağlı idi. Bu heyətə inanıram. Avrokuboklara da vəsiqə qazana bilərik”.

Hakimlərlə bağlı fikir bildirmək istəmədiyini deyən Ş.Diniyev əlavə edib: “Bu cür gərgin oyunlarda hakimlərə də nəsə demək etik cəhətdən düzgün çıxmaz. Onlar da öz işlərini görürlər”.

57 yaşlı çalışdırıcı zədəli olan Ağabala Ramazanov və David Qomisin mövsümün sonuna yaxın komandaya geri dönəcəklərini deyib: “Hər iki futbolçu aprel və ya may aylarında kollektivə qoşulacaq. Ancaq əvvəlki kimi formada olmayacaqlar”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts