Sahibkarlarımız Özbəkistan-Azərbaycan Regionlararası Forumuna dəvət olunurlar

Tokio, 1 fevral , /AJMEDIA/

Fevralın 23-24-də Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Özbəkistanın Ticarət və Sənaye Palatası və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçiriləcək.
AZPROMO-dan AJMEDIA-ya bildirilib ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Forum çərçivəsində Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası, həmçinin sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunacaq.
Azərbaycan sahibkarları Özbəkistan-Azərbaycan Regionlararası Forumuna dəvət olunurlar. Forumda iştirak etmək istəyən sahibkarlar qeyd olunmuş link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.office.com/r/687cFpxMrQ

Follow us on social

Facebook Twitter Youtube

Related Posts