“Sabah” və “Neftçi” komandaları UEFA Konfrans Liqasında ilk oyunlarını keçirəcəklər

Tokio, 10 avqust , /AJMEDIA/

“Sabah” və “Neftçi” klubları avqustun 10-da UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.
AJMEDIA xəbər verir ki, “Sabah”-“Partizan” komandalarının qarşılaşması saat 20:00-da “Bank Respublika Arena”da start götürəcək. Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.
“Neftçi” komandası isə bu raundun ilk duelində Türkiyə nəhəngi “Beşiktaş”ı sınağa çəkəcək. “Neftçi Arena”da oynanılacaq görüş saat 21:00-da başlayacaq. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts