“Sabah” klubu “İnter”in sabiq hücumçusunu transfer edib

Tokio, 13 sentyabr , /AJMEDIA/

“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan AJMEDIA-ya verilən məlumata görə, Əlcəzair millisinin hücumçusu İshak Belfodillə anlaşma əldə olunub.

31 yaşlı forvardla yaxın vaxtlarda rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, İshak Belfodil karyerası ərzində Fransanın “Lion”, İtaliyanın “Bolonya”, “Parma”, “İnter” və “Livorno”, Birləşmiş Ərəb Əmirliklərinin “Bani Yas”, Belçikanın “Standard”, Almaniyanın “Verder”, “Hoffenhaym” və “Herta” klublarında çıxış edib. O, son olaraq Qətərin “Əl-Qarafa” komandasının formasını geyinib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts