“Sabah” klubu “Beşiktaş”la keçiriləcək xeyriyyə oyunu ilə bağlı paylaşım edib

Tokio, 2 may , /AJMEDIA/

Bakının “Sabah” klubu Türkiyənin “Beşiktaş” komandası ilə keçiriləcək yoxlama oyunu ilə bağlı paylaşım edib.
AJMEDIA xəbər verir ki, Bakı təmsilçisi sosial şəbəkə vasitəsilə İstanbul təmsilçisini qəbul edəcəyi üçün sevincli olduğunu bildirib.
Paylaşımda bildirilib: “Türkiyənin 120 illik çinarı, böyük “Beşiktaş”! Zəlzələdən əziyyət çəkənlər üçün təşkil olunacaq dostluq matçında sizi Bakıda qonaq etməkdən qürur duyarıq”.
Qeyd edək ki, “Sabah” – “Beşiktaş” xeyriyyə oyunu mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts